Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.05.2023  18:45 

Şamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilib - FOTO





A+  A-

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasının birgə təşkilatçılığı ilə Şamaxıda “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şamaxı Peşə Liseyində keçirilən tədbirdə Şamaxı Peşə Liseyinin direktoru İsmayıl Tarverdiyev, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili pols polkovnik-leytenantı Emin Əsədov və İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvüləri “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri Könül Ağayeva və Liseyin müəllim və tələbələrə İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə, insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlər, müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” barədə ətraflı məlumat verilib.

Bundan sonra müəllim və yeniyetmə gənclərin mövzular ətrafında verilmiş çoxsaylı sualları cavablandırılıb.

Sonda isə tədbir iştirakçıları Şamaxı Peşə Liseyinin tələbələri tərəfindən hazılanan əl işləri ilə tanış olublar.



Xəbər 1358 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +