Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.10.2022  14:50 

Xəstə qızı zorlayan 62 yaşlı kişi barəsində....





A+  A-

Gəncədə əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edərək hamilə qalmağına səbəb olan 62 yaşlı kişi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149 və 157-ci (zorlama və mənzil toxunulmazlığını pozma) maddəsi ilə ittiham edilən 1960-cı il təvəllüdlü Rəşid Gözəlova hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Gəncə şəhərində yaşayan 2005-ci il təvəllüdlü, serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan qızın hamilə olması məlum olub. Aparılan araşdırmalar zamanı onun 2021-ci ildə qonşuluqda yaşayan Rəşid Gözəlov tərəfindən cinsi zorakılğıa məruz qalması müəyyən edilib. Həmçinin anası işdə, bacısı isə dəsrdə olduğu vaxt R.Gözəlov dəfələrlə onun evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olaraq fiziki məhdudiyyətli qıza qarşı əməllərini davam etdirib, onu öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib.

Qızın hamilə olması üzə çıxdıqdan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.

Məhkəmə prosesi oktyabrın 18-də başa çatıb./Qafqazinfo

Xəbər 1127 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +