Azərbaycanda bir çox klinika bağlanacaq
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News


10.08.2022  14:04 

“Nar” şəhid övladlarının yanında... - Fotolar





A+  A-

“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinə qatılıb.

XəzərNews.az xəbər verir ki, “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi şəhid yadigarlarının gələcəyinə töhfə vermək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mobil operator düşərgənin 4-cü həftəsində uşaqlar üçün mobil rabitə ilə bağlı interaktiv təlim təşkil edib.

“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov tərəfindən keçirilən təlimdən sonra uşaqlar müzakirəyə qoşulub və bu sahə ilə bağlı onların sualları cavablandırılıb.

Şəhid övladlarına dəstəyin vacibliyini diqqətə çatdıran Əziz Axundov: “Nar” olaraq bizim üçün xüsusi əhəmiyyətə malik olan bu layihənin bir parçası olmaqdan qürur duyur, uşaqların düşərgə zamanı əldə etdikləri təcrübələrin onların şəxsi inkişafına böyük töhfə verəcəyinə inanırıq”, - deyə qeyd edib.





Xəbər 1961 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +