Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?


10.08.2022  11:54 

Kilsə zəngləri və ya azan səsi... - Hamı hörmətlə yanaşır





A+  A-

Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi qanunla müəyyən edilib və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Hər kəsin ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təmin olunmalıdır. Hər din və ya təriqət nümayəndəsinin illərlə formalaşmış və hamı tərəfindən qəbul edilən ibadət qaydası və ya dini mərasimlərin icrası tərzi formalaşıb.

Hətta başımızın üstündə Karl Marksın "Din tiryəkdir" sözləri asılan zaman dini mərasimlərin icrasına sərbəstlik verilmişdi.

Ərazisində olduğum əksər ölkələrdə dini ibadətlərin, ayin və mərasimlərın kütləviliyinin şahidi olmuşam. Əksər ölkələrdə günün müxtəlif vaxtlarında səslənən kilsə zənglərinin səsinə və ya azan səsinə hamı çox dözümlü və hörmətlə yanaşır. Bu səslər heç kimi istirahət hüququnun pozulmasına səbəb olmur.

Azərbaycanda təşkil olunan bəzi dini mərasimlərin icrasına nəzarətin bütövlükdə hüquq mühafizə orqanlarının tabeliyinə verilməsi dini mərasimlərin yerinə yetirilməsi ilə bağlı sərbəstliyiın kobud formada pozulmasıdır.

Əlövsət Əliyev

Xəbər 1911 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +