Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?


26.07.2018  14:37 

İlqar Məmmədovun məhkəməsi olacaq





A+  A-

Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Fuad Ağayev məlumat verib. O bildirib ki, İ.Məmmədovun işi üzrə yeni apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsində avqustun 10-u saat 11-də keçiriləcək.

Xatırladaq ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətiə baxılıb.
Qərara əsasən, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.



Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1500 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +