Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb


20.09.2021  16:54 

Rüşvət vermədiyim üçün yalan vədlər verir...





A+  A-

Cəlilabad şəhər, Təbriz küçəsi, ev 45-də qeydiyyatda olan Qamət İsmayılov ona qarşı ola ögey münasibətdən narazıdır. XəzərNews.az-a müraciət edən Q.İsmayılov illərdir dövlətin müvafiq qurumlarına göndərdiyi şikayətlərin diqqətə alınmamasını bildirir.

Şikayətçi qeyd edir ki, 30.12.1998-ci ildə idman dərəcəsi alıb, sərbəst güləş üzrə 1-ci dərəcəli idmançı və orta ixtisas təhsilli idman müəllimidir.

Seçkilərdə və hökümət tədbirlərində fəal olduğunu bəyan edən Q.İsmayılov 2-ci qrup mülki əlil kimi könüllü hərbi xidmətə getdiyini və DİN-nin Daxili Qoşunlarının baş əsgəri və çavuşu olduğunu bildirir:

“Xidmət etdiyim zaman Bakı şəhər, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında mitinqlərdə, Gürcüstan və Dağıstanla Azərbaycan Respublikası sərhədlərində baş verən daxili münaqişələrdə, bundan sonra ləzgi, avar qondarma respublikasını yaradmaq istəyən Hacı Maqamedovun cinayətkar dəstəsinə qarşı əməliyyatlarda iştirak etmiş, kəllə beyin, bədən xəsarətləri almışam. Hərbi tibb məntəqəsində, hospitalda müalicə olunmağıma baxmayaraq xidmətdən əlil olaraq qayıtmışam”.

Q.İsmayılov iddia edir ki, bütün bunlara baxmayaraq xidmətlərimin qarşılığını gormür:
“Hazırda işsizəm. Ötən illər ərzində aidiyyatı qurumlara rəsmi şikayətlər etmişəm, lakin baxılmayıb. 2001-ci ildən 2016-cı ilə qədər Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DİN-nin DQ-nın əməkdaşları şikayətlərimdən bezərək mənə saxta sənədlər, əlillik qrupu vəsiqəsi verərək başlarından ediblər. Onlara rüşvət vermədiyim üçün mənə yalan vədlər verib, süründürməçilik, təziqlər və hətta sui-qəsd də ediblər. Mən də hərbi əlil kimi evlə, işlə, prezident təqaüdü ilə avtomobillə təmin olunmalıyam. Təəssüflər olsun ki, mənim kimi veteranların əvəzinə bəzi saxta əlillər bütün imtiyazlarla təmin olunub”.

Q.İsmayılov Ali Baş Komandana müraciətində xahiş edir ki, onun hərbi və iş hüquqlarının bərpa olunmasına komək etdsin.



Hazırladı:
Samir Əli



Xəbər 2143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +