“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.04.2021  21:07 

“AstraZeneca”nın qanda laxtalanma yaratması ilə bağlı açıqlama





A+  A-

“Vaksinlə qanda laxtalanma halları arasında əlaqə var, ancaq buna çox nadir hallarda rast gəlinir”.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Avropa Dərman Agentliyinin (EMA) açıqlamasında deyilir.

Agentlik “AstraZeneca” vaksini barədə dəyərləndirmənin nəticələrini açıqlayıb.

“Faydaları risklərindən daha çoxdur. Koronavirusun səbəb olduğu ölümlərin sayını nəzərə aldıqda, “ümumi fayda-risk balansı müsbətdir”.

“Qanda qeyri-ənənəbvi şəkildə görülən laxtalanma və aşağı trombositlər “AstraZeneca” vaksininin çox nadir əks təsirləri olaraq sıralanmalıdır”, - açıqlamada EMA-nın çox nadir əks təsirlərlə peyvənd arasında “mümkün əlaqə” tapdığı qeyd edilib.

EMA-nın direktoru Emer Kuk keçirdiyi mətbuat konfransında məsələ barədə çıxış edib:

“Avropa Dərman Agentliyinin dərman təhlükəsizliyi ilə əlaqədar mütəxəssislər komitəsi “AstraZeneca”nın koronavirusun qarşısını almaqdakı faydalarının əks təsir risklərindən daha çox olduğunu müəyyən edib”.

EMA rəsmiləri səhiyyə işçilərini və vaksinasiyadan keçənləri peyvəndləmədən sonrakı iki həftə ərzində müşahidə edilən laxtalanma ehtimalına qarşı təmkinli olmağa çağırıb.

Bugünədək müəyyən edilən halların çoxunun 60 yaşdan aşağı qadınlarda və ilk dozdan sonrakı iki həftə ərzində görüldüyü bildirilib.

“AstraZeneca” vaksini vurulanların nəfəs çatışmazlığı, sinə ağrısı və ya bulanıq görmə kimi əlamətlərlə qarşılaşacaqları halda, tibbi yardım istəmələri tövsiyə edilib.

Xəbər 2528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +