Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.08.2023  17:04 

Krımı hərbi yolla azad edəcəyik... - Oleksiy Danilov





A+  A-

Ukrayna böyük ehtimalla Krımı hərbi yolla azad edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə avqustun 22-də Krım Platformasının YouTube kanalında yayımlanan mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

"Biz oranı azad edəcəyik. Çox güman ki, bu, hərbi yolla baş verəcək, əgər təcavüzkar ölkə o vaxta qədər bizim ərazimizi tərk etməli olduğunu başa düşməsə... Bizim başqa variantımız yoxdur”, - Danilov bildirib.

O hesab edir ki, onlar Ukraynanı Krımın işğaldan azad edilməsindən imtina etməyə inandırmağa çalışacaqlar.

"Çətin olacaqmı? Bəli, çətin olacaq. Bizi gizli şəkildə razı salacaqlar? Çox güman ki, mesajlar göndərəcəklər", - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi deyib.

Onun sözlərinə görə, Kiyev yarımadanın azad edilməməsi təklifləri ilə çoxlu sayda anonim mesajlar alır.

“Əgər bizim Krımda öz donanmamız olmasa, biz hər zaman təhlükəsizlik baxımından son dərəcə çətin vəziyyətdə olacağıq”, - Danilov əlavə edib.

Xəbər 1101 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +