Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


04.07.2023  10:35 

“Cənubda çalınan kilsə zəngləri” adlı film çəkiləcək





A+  A-

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri” adlı layihənin icrasına başlayıb.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində mövcud olan kilsə və sinaqoqlardan bəhs edən 10 dəqiqəlik sənədli film çəkiləcək, məqalələr hazırlanacaq.

“Cənubda çalınan kilsə zəngləri” adlanacaq filmdə sujet xətti əsasən xristian və yəhudi abidələrinin bir çoxunun heç bir təziqə məruz qalmadan bu günə kimi bölgədə yaşadılmasının real və obyektiv tərəfləri araşdırılacaq.

Eyni zamanda müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində araşdırılmayan və yaxud da çox az tədqiq olunan tərəflərini araşdırmaq, bu zaman ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısını öyrənib təbliğ etməkdir.

Layihə çərçivəsində həmçinin bölgədə mövcud olan xristian və yəhudi abidələrinin müsair imkanları tədqiq olunacaq, kilsələrin tarixi, ibadət imkanları, mövcud durumunu tarixçilərin dili ilə sənədli film üzərindən çatdırılacaq. Hazırlanacaq filmdə movcud tolerant mühit ehtiva ediləcək, informativ olacaq, kontent əhatə ediləcək.



Xəbər 1786 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +