Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.02.2019  14:54 

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”





A+  A-

Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, deputat Fazil Mustafa vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib.

Fazil Mustafa vəkillərdən məmur düzəltməyə ehtiyacın olmadığını deyib:

“Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur.

Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.

Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın təklifi ilə razılaşmayıb.

“Mən sizinlə razı deyiləm. Əhali kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun?! Niyə görə savadı olmamalıdır?! Zəhmət çəkib hazırlaşsın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq”-deyə spiker bildirib.

Xəbər 1372 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +