ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


17.11.2023  10:21 

“Paşa Holdinq”ə məxsus “Yalama Aqropark” niyə yanıb?





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün – noyabrın 16-da Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın olub.

Xəzərnews.az Ekonominfo.az-a istinadla xəbər verir ki, yanğın hadisəsinin baş verdiyi “Yalama Aqropark” ölkənin aparıcı şirkətlərindən biri olan “Agro Food İnvestments” MMC-nin (VÖEN - 1404315581) tərkibində fəaliyyət göstərir.

Nizamnamə kapitalı 193 milyon 25 min 487 manat 10 qəpik olan “Agro Food İnvestments” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı ölkənin ən böyük şirkti olan “Paşa Holdinq” ilə eyni ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşən “Agro Food İnvestments” MMC-yə daha əvvəl kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik edib. Məcnun Məmmədov bu ilin aprel ayının 14-də nazir təyin olunub. Nazir təyin olunduqdan 12 gün sonra – 26 aprel tarixində isə “Agro Food İnvestments” MMC-nin direktoru vəzifəsindən ayrılıb.

“Agro Food İnvestments” MMC-nin yeni direktoru Novruzov Vahid Vaqif oğludur.

Qeyd edək ki, “Agro Food İnvestments” MMC kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə işlər görür.

Xəbər 1223 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +