Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib
Bank kartlarından 12329 manat kiber üsulla oğurlanıb
Xəbərdarlıq edilmədən işdən çıxarıldılar - Etiraz
Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi


15.11.2021  10:28 

Rusiya sülhün əldə edilməsində maraqlı deyil





A+  A-

Ermənistanın dövlət sərhəddinin Laçın və Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozması və hücum planı əsasən, strateji yüksəklikləri ələ keçirib, delimitasiya prosesində mövqeyini gücləndirməkdən ibarətdir.

Hazırda danışıqlar prosesi Yerevan tərəfindən pozulub və heç bir müsbət nəticə ortada yoxdur.

Qeyd edim ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın danışıqlar porsesində vasitəçilyini və danışıqlar normal aparılacaqsa, Moskvanın Ermənistanda siyasi mövqelərinin gücləndirməsinə gətirib çıxaracağından çəkinir. Rusiyada Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil.

Təbii ki, baş verənlər situasiyanı gərginləşdirir. Azərbaycanda və Ermənistanda dövlət sərhəddində Rusiya silhalı qüvvələrinin olmasında maraqlı deyil. Oan görə də hazırda Azərbaycanın strateji yüksəkliklərdə möhkəmlənməsi və erməni ordusunu buradan çıxarması fonunda Yereavanın Rusiyaya müraciət etməməsi buna əsaslanır.

Çünki, ilk növbədə bu ərazilər Azərbaycana aiddir və Rusiya hərbiçilərinin yerləşməsi isə, N. Paşinyanın maraqlarına uyğun deyil. Əgər, Ermənistan tərəfi Azərbaycanla danışıqlara getməsə, nəqliyyat yolları açılmasa, Azərbaycanın güc tətbiq etməsi də istisna deyil.

Ermənistan tərəfi çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək avtomobil yolu Rusiyanın nəzarətində olmasın. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Amma, daxili siyasi vəziyyətə görə buna getmir.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin fəaliyyətinə gəldikdə isə, Moskva burada əsasən, Azərbaycana qarşı yeni ssenarilər hazırlayır. Bu, əsasən terror-təxirbat və diversiya fəaliyyəti ola bilər. Ona görə də Azərbaycan konkret olaraq ciddi şəkildə anti-terror əməliyyatlarına başlamalıdır.

Əgər, anti-terror əməliyatları başlayacaqsa, Türkiyə də bu prosesdə iştirak edəcək. Çünki, "Şuşa" Bəyannaməsi Türkiyənin birbaşa Azərbaycana hərbi kömək gösətməsini labüd edir.

Ümumiyyətlə, baş verənlər vəziyyəti gəginləşdirsə də proseslər Azərbaycanın leyhinə olacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini


Xəbər 7483 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +