Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


13.05.2019  11:08 

Azərbaycanda qadın və kişilərin sayı bərabərləşib





A+  A-

"Azərbaycanda qadın və kişilərin sayı bərabərdir".
XəzərNews.az ONA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çox ciddi addımlar atılıb.

H. Hüseynovanın sözlərinə görə, qadın hüquqlarının qorunmasına daha çox diqqət ayrılmalıdır: "Azərbaycanda qəbul edilən istənilən proqramlarda, qanunlarda gender komponenti yer alıb. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın yer qazanmışdı. Biz bunun səbəblərini araşdırıb, qadınlarla iş aparıb, onlarda özlərinə inam yaratdıq. Nəhayət, bələdiyyə sistemində qadınların sayı 35 faizə çatıb. Bələdiyyə əhaliyə yaxın bir sistemdir. Niyə bələdiyyələrdə qadınların sayı az olmalıdır?!".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda qadın problemləri ilə məşğul olan təşkilatların sayı 200-ü ötüb.

Xəbər 1505 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +