Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


26.10.2022  10:06 

Ağacları qurudub bina tikirlər - Video





A+  A-

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, metronun "Dərnəgül" stansiyasının çıxışındakı parkda bir neçə ağac quruyub, bəlkə də qəsdən qurudulub, hətta bəziləri yandırılıb. Yaxınlıqda isə tikinti gedir, çoxmərtəbəli bina tikilir. Burada ağaclar quruyub, bəziləri isə dibindən çıxarılıb.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, üstəlik, ərazidə ocaq izləri də var. Bu izlər ağacların qəsdən yandırılmasına dair şübhələri artırır.

Quruyan ağaclar tikilməkdə olan binanın 2-3 metrliyindədir. Tikintini icra edən şirkət isə ağacların inşaat prosesində məhv olduğunu və ya qəsdən qurudulduğunu təkzib edir. Şirkətin iş icraçısının "Xəzər Xəbər"ə verdiyi məlumata görə, ərazidə tikinti işlərinə 2021-ci ildə icazə verilib və aidiyyəti qurumlardan da bütün rəy və sənədlər alınıb. O ki qaldı ağacların yandırılmasına, şirkətin əməkdaşı bu hadisənin illər öncə baş verdiyini iddia edib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirildi ki, həmin ağacları kimin məhv etdiyi onlara məlum deyil. Amma qurumuş ağaclarla bağlı müvafiq rəy alındıqdan sonra onlar kəsilərək götürüləcək və yerinə yeni ağaclar əkiləcək.



Xəbər 1086 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +