Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


01.11.2018  09:48 

Məmmədyarov Bolqarıstanda





A+  A-

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.
XİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, görüşlərdə tərəflər Azərbaycanla Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.

Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub.

Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı Nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb.

Xəbər 2225 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +