Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.03.2023  11:04 

FHN Etilen-Polietilen zavodunda yoxlama apardı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparıb.

XəzərNews.az xəbər verir ki, yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkarlanıb. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyənləşdirilib.

Aşkarlanan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Azərikimya” İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub.

Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.

Xəbər 1345 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +