Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


25.04.2025  10:36 

Baba Rzayev “Azərenerji”dən göndərilir?





A+  A-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsi təsdiq edilib. Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Sənədə əsasən, cəmiyyətin nizamnamə kapitalı 2.6 milyard manatdır.

Yeni nizamnamədə qurumun strukturunda da dəyişiklik edilib.

Belə ki, ASC-nin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Qeyd edək ki, əvvəlki strukturda "Azərenerji"nin rəhbəri ASC-nin prezidenti idi. Sözügedən vəzifəni Baba Rzayev (Balababa Rzayev) tuturdu. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib.

Xatırladaq ki, ötən il Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Balababa Rzayev 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə cəzalandırılıb və ona şiddətli töhmət verilib.

Sözügedən sərəncam Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Yeni Nizamnamənin təsdiq edilməsindən sonra Baba Rzayevin ASC-nin İdarə Heyətinin sədri təyin edilib-edilməyəcəyi məlum deyil./Modern.az

Xəbər 1456 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +