Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


12.12.2020  13:11 

Evdən çıxan üç “COVID-19” xəstəsi saxlanıldı





A+  A-

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, rayonun Böyük Əmili kənd sakini Y.Məhərrəmov virusun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana göndərilib.

Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayon sakini C.Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.

Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb.

Həmçinin, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Sərkar kənd sakini, Elnur Şıxaliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə getməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 1827 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +