Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?


08.08.2017  11:24 

Milli Məclisin İntizam Komissiyası iki deputatın məsələsinə baxacaq





A+  A-

Milli Məclisin İntizam Komissiyası parlamentin payız sessiyası başlayandan sonra - sentyabrda deputat Astan Şahverdiyev və Elxan Süleymanova görə toplanacaq.
XəzərNews.az bildirir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev Modern.az-a açıqlamasında məlumat verib.

Deputat deyib ki, Elxan Süleymanovun yaz sessiyasının son iclaslarına nə səbəbdən qatılmamağı ilə bağlı onda heç bir məlumat yoxdur.

“Mən hardan bilim ki, Elxan Süleymanov iclaslara qatılmırdı? Ola bilsin ki, o ezamiyyətlərdə olduğundan iclaslara qatılmayıb. Mən indi bu haqda heç nə deyə bilmərəm. Elxan Süleymanovun niyə iclaslara qatmamağı ilə bağlı məsələyə sentyabrda baxılacaq. Elxan müəllim sentyabrda parlamentə gələr, onda soruşarıq ki, iclaslara niyə qatılmayıb”.
A.Abıyev bildirib ki, İntizam komissiyası Astan Şahverdiyevin məsələsinə baxdıqdan sonra görsə ki, onun son çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, o, deputat mandatını itirəcək.

Qeyd edək ki, 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov son zamanlar nə komitə, nə də plenar iclaslarına qatılırdı.

Astan Şahverdiyev isə Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.

O “saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.

Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.

Məhkəmənin qərarı ilə Nail Allahverdiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xəbər 1148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +