Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


07.10.2019  09:37 

İraqda aksiyalarda 104 nəfər ölüb





A+  A-

İraqda hökumət əleyhinə keçirilən aksiyalarda ölənlərin sayı 104 nəfərə çatıb.
XəzərNews.az-ın məlumatına görə, 600-dən çox insan xəsarət alıb. Bu barədə “Al-Arabiya” telekanalı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi, general-mayor Saad Maanaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərdən 8 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

DİN sözçüsü iğtişaşlar zamanı etirazçıların 51 ictimai binanı və müxtəlif siyasi partiyaların 8 ofisini yandırdığını da söyləyib.

Bundan əvvəl, İraqın Baş naziri Adil Abdul-Mehdi etirazçıları Bağdad və İraqın digər şəhərlərinin küçələrini tərk etməyə çağıraraq, hökumətin sosial-iqtisadi sahədə islahatlarla əlaqədar onlarla görüşəcəyini vəd edib.

İslahatlar arasında ehtiyacı olan ailələrə verilən müavinətlərin artırılması, işsizlik müavinətləri və torpaq ayrılması da var. Səlahiyyətlilər gənclərin işsizliklə mübarizə edəcəyinə də söz veriblər. Xüsusilə insanların iş tapa biləcəyi böyük ticarət mərkəzlərinin yaradılması təklif olunur.

Qeyd edək ki, iraqlılar bir neçə gündür davam edən aksiyalarda işsizlik, hökumət korrupsiyası və aşağı keyfiyyətli dövlət xidmətlərinə qarşı mitinq keçirirlər. Etiraz edənlərin çoxu gənclərdir. Etirazların əksəriyyəti Bağdadda və İraqın cənubunda baş verir.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və canlı sursatdan istifadə edir. Etirazlar səbəbindən hakimiyyət ölkənin böyük bir hissəsində İnternetə girişi əngəlləyib.

Xəbər 2143 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +