İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


18.08.2017  15:54 

Bir maşından 50 min siqaret tutuldu





A+  A-

Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a daxil olan xəbərə görə, dərhal Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində Azərbaycan Respublikasının müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub.

Yükə gömrük baxışı keçirilməsi məqsədilə Əsədov Yunsur İnsaf oğlu Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1582 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +