Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.04.2021  15:10 

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı





A+  A-

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-dən XəzərNews.az-a verilən məlumata görə, DSX rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

Xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirilib. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunub.

Xəbər 2197 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +