Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.02.2020  14:12 

Koronavirusun yayıldığı ölkədə 6 min cütlüyün toyu oldu





A+  A-

“Moon” təriqəti Cənubi Koreyada növbəti kütləvi toy mərasiminə imza atıb.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən məlumatına görə, 6 min cütlüyün evləndirildiyi toy paytaxt Seul şəhərinin Gapyeong mahalında təşkil olunub.

İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni koronavirusun yaratdığı qorxu və narahatlıq içərisində gerçəkləşdirilən toyda ciddi təhlükəsizlik tədbirləri görülüb. Cütlüklər yoxlanıldıqdan sonra məkana daxil olublar və onlara maskalar verilib.

Qeyd edək ki, “Moon” təriqəti 1954-cü ildə Şimali Koreyadan Cənubi Koreyaya qaçan keşiş Sun Myung Moon və həyat yoldaşı Hak Ja Han Moon tərəfindən təsis edilib. “Moon” İsanın ona göründüyünü və Məsihi seçdiyini iddia edir.

Təriqət kütləvi toy mərasimlərinə 1960-cı illərdə başlayıb.

Xatırladaq ki, dünyanın 20-dən çox ölkəsində yayılan virusa Cənubi Koreyada 23 nəfər yoluxub.

Xəbər 1518 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +