Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.11.2019  15:21 

Sabah külək güclənəcək, temperatur enəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 15 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir, ayrı-ayrı şimal və şərq rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 15-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər 1626 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +