Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.04.2019  10:18 

Əlil arabası almaq üçün prosedur sadələşəcək





A+  A-

Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( ƏƏSMN) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər. Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı Nazirlik tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində, əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb.

Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.

Xəbər 1341 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +