Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.12.2018  10:36 

Agentliyin səlahiyyətləri bu quruma verildi





A+  A-

Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında qərarın icrası ilə bağlı bəzi qaydalar təsdiqlənib.
XəzərNews.az-ın məlumatına görə, bu qaydalar Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq olunub.

Qərara əsasən, "Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nın 2.7-ci bəndində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri "Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilib.

"Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə "MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ” sözləri "ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ” sözləri ilə əvəz edilib.

"Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nda da müvafiq dəyişikliklər edilib.

Dəyişikliklər "Girov müqaviləsinin qeydiyyatı”, "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması", "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması”, "Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi”, "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılması" qaydalarına da şamil olunur.


Xəbər 1623 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +