Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.05.2018  14:39 

Hindistan və Pakistan atəşkəs imzaladı





A+  A-

Pakistanla Hindistan arasında atəşkəs imzalanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı mübahisəli ərazi olan Kəşmir şəhərində qarşıdurmaların olmayacağı ilə bağlı razılığa gəlinib. Beləliklə aylarla davam edən və onlarla əsgərin, mülki vətəndaşın ölümünə səbəb olan bu qarşıdurmalara yekun vurulacağı açıqlanıb.

Pakistan ordusundan verilən açıqlamaya görə, dünən qaynar xətt vasitəsilə tərəflər məsələni müzakirə ediblər. Tərəflər mövcud vəziyyəti düzəltmək, sülh yaratmaq,bölgədə yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək və tədbirlər həyata keçirməkdə razılığa gəliblər.

Bəyanatda həmçinin gələcəkdə mübahisəli regionda yenə analoji hadisələr baş verərsə, təmkinli münasibət göstəriləcəyi və məsələnin mövcud olan qaynar xətdən istifadə edilərək həll ediləcəyi qeyd olunub.

Xəbər 1188 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +