Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.02.2025  11:37 

Saratovda məmura qarşı terror aktına cəhd olub?





A+  A-

Rusiya Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində məmura qarşı terror aktı hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının agentini zərərsizləşdirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Ukrayna xüsusi xidmət orqanlarının Ukrayna ərazisində 2024-cü ildə işə qəbul olunmuş 1976-cı il təvəllüdlü Rusiya vətəndaşının iştirakı ilə Saratov vilayəti administrasiyasının rəsmilərindən birinə qarşı planlaşdırdığı terror aktının qarşısı alınıb”, - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, diversant Kiyevdə xüsusi təlim keçib və terror aktları törətmək üçün Rusiyaya göndərilib.

"Rusiya vətəndaşı əvvəlcədən razılaşdırılmış anbardan partlayıcı qurğunu çıxarıb. Bu qurğudan dövlət məmurunun xidməti avtomobilini partlatmaq üçün istifadə etmək istəyib. Həbs zamanı hücum edən şəxs silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib", - FTX-dən bildiriblər.

Təhlükəsizlik əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb.



Xəbər 413 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +