Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


20.01.2024  22:07 

Ermənistanla Azərbaycan arasında təmaslar az-çox aktivdir-Paşinyan





A+  A-

İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir.

Xəzərnews.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Çalışmaq üçün işlək kanallar var, xüsusən də mənim aparatımla Azərbaycan prezidentinin aparatı arasında. Birgə bəyanatı məhz o kanallar vasitəsilə qəbul etmişik. Əlbəttə, mövzu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, üzərində işləyirik, yenidən göndəririk.

İndi iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminatlar istəyirik ki, bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərdə alt qeydlər və sair olur. Hesab edirəm ki, bu vəziyyətə bir iş prosesi kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər davam etməliyik”, - baş nazir bildirib.//Teleqraf.com


Xəbər 1976 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +