Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


27.02.2018  18:36 

Sumqayıtda iki uşaq anasını zorlayan müəllimə 20 il iş kəsildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
XəzərNews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramovanı qətlə yetirib. Məlumata görə, o, mərhumu əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb. Ailəli S.Bayramova 2 övlad anası olub.

F.Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. O, Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və bir azyaşlı övladı var.

F.Nuriyev Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (qəsdən adam öldürmə, zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

Xəbər 1600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +