Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


23.11.2020  11:37 

İranda da karantin sərtləşdirildi





A+  A-

İran hökuməti yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminə keçib.
XəzərNews.az xəbər verir ki, Prezident Həsən Ruhaninin sədrlik etdiyi Koronavirusla Beynəlxalq Mübarizə Komitəsi qırmızı, narıncı və sarı ərazi hesab etdiyi bölgələrdə 15 gün karantin tətbiq olunacağını açıqlayıb.

Komitənin mətbuat katibi Əli Rza Rəisi açıqlamasında qeyd edib ki, yüksək riskli hesab edilən qırmızı bölgələrə 160, narıncı ərazilərə 208 və sarıya 80 vilayət daxildir.

Karantin dövründə çörək və ərzaq mağazaları, xəstəxana və apteklər istisna olmaqla bütün məkanlar 15 gün fəaliyyət göstərməyəcək.

Həmçinin şəhərlərarası məsafə qadağan edilir. Qırmızı bölgələrə gedənlər 1 milyon (təxminən 486 AZN), narıncı üçün 150 tümən (təxminən 73 AZN) cərimə ödəyəcəklər. Gecə saat 21:00-dan sonra küçəyə çıxmaq isə qadağan edilib.

Bununla da, İran bu günədək “COVID-19” virusuna qarşı ən sərt karantin rejimini tətbiq edib.

Qeyd edək ki, İranda təkcə ötən gün 479 nəfər həyatını itirib, son sutkada 13 min 260 nəfər virusa yoluxub.

Xəbər 2025 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +