Dövlət saytlara ayırdığı vəsaiti artırdı
“Nərimanov”da metro çıxışlardan biri bağlandı -FOTO
Paşinyan Muradyana vəzifə verdi -FOTO
Tanınmış professor vəfat edib
Fuad Nəcəfli Naxçıvanı belə tərk etdi
Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?


24.01.2023  17:33 

Saxta “kərə yağı“ belə hazırlanır - AÇIQLAMA





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı hesabatında Azərbaycanın trans yağlara qarşı yaxşı profilaktik siyasət aparmayan ölkələr arasında olduğunu açıqlayıb.

Maraqlıdır, görəsən, bu doğrudan da belədirmi? Bu gün Azərbaycanda trans yağlara qarşı hansı tədbirlər görülür?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, trans yağlardan əsasən kərə yağı istehsalında istifadə olunur.

Onun sözlərinə görə, sözügedən kərə yağları “Nənəmin təndiri”, “Nənəmin yağı” və “İvanovka” mağazalar şəbəkəsində istifadə olunur:

“Çox təəssüflər olsun ki, bunun həqiqətən trans yağı olduğu aydınlaşdırılmır. Bildiyimiz kimi 20 litr süddən 1 kilo yağ hazırlamaq olur. Təmiz südü sərdikdə ondan qaymaq əmələ gəlir. Qaymağı yığıb ondan yağ hazırlamaq olur”.

Eyyub Hüseynov fikirlərinə davam edərək bildirib ki, qaymağı yığdıqdan sonra onun altında qalan süd üzsüz süd adlanır:

“Bu südün 94%-i su, qalanı isə süd turşularından ibarət olur. Həmin üzsüz südü marqarinlə qatışdırıb, 85 dərəcə temperaturda qaynadırlar. Lakin nə qədər qaynatsalar da marqarinlə su bir-birinə qarışmır. Bu zaman homalizator deyilən bir cihaza salırlar. Həmin cihaz mayeni bircinsli mayeyə çevirir və nəticədə süd əmələ gəlir. Bu süddən də yağ hazırlayırlar. Hazırlanan yağ ilk baxışda nehrə yağına oxşayır. Lakin həmin yağ trans yağdır. Təəssüflər olsun ki, sözügedən yağ laboratoriyalarda da aşkar olunmur. Ehtimal edirəm ki, bəzi istehsalçılar da bu üsuldan istifadə edirlər”.

Eyyub Hüseynov məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verdiyini, lakin AQTA-nın hələ də bu məsələni araşdırmadığını qeyd edib.


Xəbər 2797 dəfə oxunub.




13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +