Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


11.01.2022  17:53 

“Dux”un çatır, filan mövzudan yaz“ - Stol arxasındakı yaltağın məsləhəti





A+  A-

Azərbaycan cəmiyyətinin bir sıra nümayəndələri jurnalistikadan gözləntilərinə dair əcaib bir baxışı özündə daşıyır, kəskin qınaqlı mövqelərdə jurnalistlər qarşısında dəxilsiz tələblər qoyulur.

Problem varsa, jurnalist işıqlandırmalıdır, bununla cəmiyyətlə hökumət arasında körpü rolunu oynamalı və məsələyə dair münasibətdə prinsipləri rəhbər tutmalıdır, fərdi maraqları yox.

Bəzi şikayətçilərin məntiqi diktəedicidir, məsələn, biri redaksiyaya zəng edir, deyir ki, filan məsələ var, onu işıqlandırın. Problemi olduğu qurumla bağlı dediklərini araşdırmağa çalışırsan, qarşı tərəfin də mövqeyini alacağını bildirirsən, amma bu dirəşir ki, yox e, sən mənim mövqeyimi ver, ittiham etdiyimin yox.

Normaldır, amma başa düşmək lazımdır ki, bizim işimizin jurnalistika prinsipləri əsasında qurulması sizin istəyinizin də fövqündədir.

Ən acınacaqlısı isə bəzi şikayətçilərin sövdələşməyə girərək öz maddi maraqlarını təmin etmək üçün redaksiyalara baş vurmasıdır.

Başımıza gəlib, zəng edib, xahişlərə girişib, min bir ağız açıb, problemi işıqlandırmısan, bir neçə gün sonra isə yenidən zəng edərək yazının silinməsini tələb edir.

“Problem həll edildi, bu yazıya ehtiyac yoxdur”, - deyir. Ona izah edincə ki, bura sənin arzu və istəklərinin gerçəkləşdiyi platforma deyil, adamın sinir sistemi korlanır, ürəyinin döyüntüləri sürətlənir, beyninin hüceyrələri funksiyasını itirir.

Sonda bəlli olur ki, o adam özünə lazım olan pulu alıb, ardınca isə şikayətinin işıqlandırıldığı media orqanını hədəfə gətirib, bu keçməyəndə isə az qala hədə səsləndirib.

Bunlar konkret hallara dair ümumi nümunələrdir, yəqin ki, bir çox jurnalist həmkarımız bu cür situasiya ilə üzləşib.

Jurnalistikanı özünün mandat və funksiyasından kənar missiya ilə yükləmək cəhdləri başadüşüləndir, amma bunun da bir əndazəsi olmalıdır.

Oxucuların bir qismi isə bu hüdudlardan kənara çıxır və “elə mən deyəni işıqlandır, qalanı boş şeydir”, - deyirlər.

Jurnalistikanın sırf cəmiyyətin maraqlarını qorumaq kimi əlahiddə funksiyası yoxdur. Jurnalistika həqiqəti qorumalıdır.

Onu da bilirik ki, kimlərsə “cəmiyyətin maraqları” deyərkən məhz özlərinin fərdi tamahkarlıqlarını nəzərdə tutur.

Cəmiyyət total düşüncə istehsal edir, elə hakimiyyətlər də, müxalifətlər də.
Jurnalistikanın işi bu üç institut arasında düzgün mövqe seçib, media prinsiplərini işə salmaqdır.

Bu mənada “Jurnalistika cəmiyyətin maraqlarını qorumalıdır” tipli çağırışlar edib, jurnalistikanın üzərinə əlavə və onun məqsədindən kənar yük və məsuliyyət qoymaq məntiqsizlikdir.

Bir kateqoriyadan olan oxucular da var, nəyi tənqid edirsənsə, durub irad səsləndirir, “dux”un çatırsa, filan mövzudan yaz”, - deyir.

Məsələ də burasındadır ki, onlar dediyi mövzu üzrə də yazılar, özü də kəskin tənqidi yazılar yazılıb, amma nədənsə onlar hörmətli oxucunun gözünə görünməyib.

İkinci bir məsələ, sosial şəbəkələrdə ofis stolunun arxasında poza verib şəkil çəkdirib, bircə cümlə də yazmayan, heç nəyə etiraz səsini ucaltmayan biri durub öz aləmində səhv tutur. Deyir ki, sən filan şeydən yaz e. Postları isə "ən yaxşı" halda yaltaqlıq çalarlarını özündə əks etdirir.

Fərz edək ki, mən, ya da digər həmkarım yaza bilmir, sənin ki, bir vətəndaş kimi konstitusion hüquqların var axı! Məsələn, söz azadlığı, tənqid etmək, fikir bildirmək – bu kimi hüquqlar sənə tanınıb, bəs niyə ağzına su alıb oturmusan? Mən yaza bilmirəm, sən de, sən işıqlandır, sən yaz.

Hərçənd ki, bir çoxunun irad bildirdiyi mövzulardan da tutarlı yazılar yazmışıq, polisi də tənqid etmişik, digərini də. Əziz bu cür düşünən oxucular, siz nə istəyirsiniz?

Aqşin Kərimov

Xəbər 8029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +