Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


06.11.2025  16:36 

Zərərçəkmiş tərəf plastik cərrahın cəzasının ağırlaşdırılmasını istədi





A+  A-

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümünə görə həbs edilən cərrah Sənan Mehdiyevin barəsində hökmdən verilən apellyasiya şikayəti hakim icraatına verilib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, Sənan Mehdiyevlə bağlı iş materialı bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub.

Şikayət araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.

Yaxın günlərdə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq.

Sənan Mehdiyev və zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəf cazanın ağırlaşdırılmasını istəyir.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəməsi qərara alınıb.

Dövlət ittihamçısı Sahilə Mirişova Sənan Mehdiyevin 4 il 9 ay azadlıqdan məhrum edilməsini və 3 il həkimlik ixtisasından məhrum edilməsini istəmişdi.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Xəbər 731 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +