Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


09.01.2024  13:45 

Siqaretdən böyük pullar qazanırlar... - Ekspert





A+  A-

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Dəyişikliyə əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. Bununla da satışda olan bütün növ siqaretinin qiymətində 20, 30, 50 qəpik artım qeydə alınıb.

Xəzərnews.az xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, istənilən ölkədə qonşu ölkələrlə müqaisədə siqaret və içkinin qiyməti kəskin fərqlənirsə, bu, mütləq qaçaqmalçılığın artmasına səbəb olur:

“Dövlətin nəzarətedici orqanları işbazlarla əlbir olub ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirirlər, satışdan böyük pullar qazanırlar. Beləliklə, məmurlarla qaçaqmalçıların əlaqələri genişlənir, belə biznesə “krışalıq” edənlərin sayı artır. Daha yüksək rütbəli məmurlar bu işə qarışır – nəticədə büdcəyə aksizdən daxilolmalar artmaqdansa, azalır”.

Ekspertin sözlərinə görə, siqareti bahalaşdırmaq yolu ilə onu insanlara tərgitmək mümkün deyil. Sağlam həyat tərzinin təşviqi birbaşa rifahın, gəlirlərin artması ilə mümkündür:

“Siqaretin qiymətini qaldırmaq vəziyyətdən çıxış yolu deyil. Vəziyyətə başqa prizmadan baxmaq lazımdır. Yüksək gəlirli insanlar öz sağlamlığına yatırım edirlər, idmanla məşğul olur, zala, hovuza getməyə vəsait xərcləyirlər. Yəni, hökumət sağlam insan istəyirsə, ona pul qazanmağa mane olmamalı, ədalətli hakim roluna çəkilib iqtisadiyyatı tam liberallaşdırmalıdır”.

Xəbər 4644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +