Şahbaz Şərif Azərbaycanda - Foto
Hava xəbərdarlığı: Daha sərt şaxta gəlir
Ərdoğan yenidən sədr seçildi
Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı


30.04.2021  11:54 

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür





A+  A-

30 aprel tarixi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür.
XəzərNews.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulan Xüsusi Təyinatlı Qüvvələrin formalaşması I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.

Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib. XTQ-yə general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr Hikmət Mirzəyev rəhbərliyilə keçid etmişdi.

II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad edib.

Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində də müstəsna rol oynayıblar. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur.

Azərbaycan xüsusi təyinatlılarının bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanıdır. O, 2016-cı ilin “Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub.

Hikmət Mirzəyev 44 günlük müharibə zamanı Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına şəxsən rəhbərlik edib.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı bir sıra məqamlarla yadda qalıb.

Bu paradda Vətən müharibəsindəki müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək, xalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etdi.



Xəbər 2731 dəfə oxunub.




23.02.2025  20:31 

Şahbaz Şərif Azərbaycanda - Foto

23.02.2025  19:55 

Ərdoğan yenidən sədr seçildi

23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +