Şahbaz Şərif Azərbaycanda - Foto
Hava xəbərdarlığı: Daha sərt şaxta gəlir
Ərdoğan yenidən sədr seçildi
Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı


04.10.2020  17:30 

Ermənilərin atdığı mərmilər yanğına səbəb olur





A+  A-

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından, raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurmaqda davam edir.
XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər şəhərində vətəndaşa məxsus fərdi yaşayış evi və həyətyanı sahədəki təsərrüfat obyektinin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əraziyə cəlb olunmuş müvafiq qüvvələri tərəfindən yanğının keçdiyi yaxınlıqdakı fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.

Düşmənin atdığı mərmi səbəbindən Tərtər şəhərində yerləşən ikimərtəbəli yaşayış binasında iki mənzildə yanğın baş verib. Mənzillərin bir hissəsi yanğından mühafizə olunub.

Həmçinin Tərtər şəhərində vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyü və tavanının yanar konstruksiyaları, başqa bir vətəndaşa məxsus evin isə dam örtüyünün yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, mərmi düşməsi nəticəsində Tərtər şəhərində 7 fərdi yaşayış evində, eləcə də 1 ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınlara müdaxil edilməsi mümkün olmayıb.

Beyləqan şəhərində düşmənin atdığı mərmi vətəndaşa məxsus evi tamamilə və zərbənin təsirindən yaxınlıqdakı 2 fərdi yaşayış evinin dam örtüyünün konstruksiyalarını dağıdıb. Əraziyə cəlb olunmuş FHN Mülki müdafiə qoşunları, Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından 2 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər 2767 dəfə oxunub.



23.02.2025  20:31 

Şahbaz Şərif Azərbaycanda - Foto

23.02.2025  19:55 

Ərdoğan yenidən sədr seçildi

23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +