Şahbaz Şərif Azərbaycanda - Foto
Hava xəbərdarlığı: Daha sərt şaxta gəlir
Ərdoğan yenidən sədr seçildi
Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı


24.05.2018  10:08 

Hüseyn Abdullayevin işi böyüdü - Jurnalistləri dindirməyə çağırırlar





A+  A-

Əvəz Zeynallı: “Jurnalisti hər danışdığı adama görə istintaqa çağırsalar, gərək günümüz istintaqda keçsin”
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saat dindirilib.

XəzərNews.az-ın məlumatına görə, şahid qismində ifadə verən baş redaktor “Yeni Müsavat”a deyib ki, istintaqda ona Hüseyn Abdullayevlə telefon danışıqları barədə suallar verilib.

“Hüseyn Abdullayevi Türkiyədə həbs edəndən sonra onun telefonunu götürüblər. Onun telefonunda olan nömrələrin sahiblərinə zəng vurub çağırırlar. Məni dindirməyə çağıranda belə başa düşdüm. Çünki mənə zəng edən şəxs əvvəlcə kimə zəng etdiyini bilmirdi. Məsələ aydınlaşdı, başa düşdüm ki, nömrəmi Hüseyn Abdullayevin telefonundan götürüblər. Mənim Hüseyn Abdullayevlə danışığım yadımda deyil. Dedilər ki, 2016-cı ildə Hüseyn Abdullayev mənə zəng edibmiş. Onun nə üçün zəng etdiyi barədə suallar verdilər.

Bundan başqa, Hüseyn Abdullayevlə bağlı yazılar barədə suallar verdilər. Dedim ki, Hüseyn Abdullayevlə, bir millət vəkili ilə və ya bir başqa ictimai şəxslə jurnalistin danışması normaldır. Jurnalisti hər danışdığı adama görə istintaqa çağırsalar, gərək günümüz istintaqda keçsin. Jurnalistə gün ərzində ən müxtəlif adamlar zəng edir, hər danışığa jurnalistin dindirməyə çağırılmasını absurd hesab edirəm” deyə, baş redaktor bildirib.

2013-cü ildən Almaniyada mühacirətdə olan Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq bu ilin aprel ayının 22-də Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. H.Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib.

O, mühacirətə gedəndən sonra yenidən barəsində cinayət işi başlanıb. Hüseyn Abdullayev mühacirətdə hazırkı iqtidarın kəskin tənqidçisinə çevrilib. O, həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Hüseyn Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, Azərbaycanın Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayevin iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Bundan başqa ona Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Hazırda istintaq davam etdirilir.

Xəbər 1286 dəfə oxunub.



23.02.2025  20:31 

Şahbaz Şərif Azərbaycanda - Foto

23.02.2025  19:55 

Ərdoğan yenidən sədr seçildi

23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +