Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


10.12.2022  15:46 

Fərdi evdə üç nəfərin meyiti tapılıb





A+  A-

Kalininqradda MDB dövlətlərindən birinin iki yerli sakininin şübhəli bilindiyi üçlü qətldən sonra cinayət işi açılıb.

XəzərNews.az xəbər verir ki, dekabrın 8-də axşam saatlarında Quryev rayonunun Nevskoye kəndində fərdi evdə üç nəfərin meyiti tapılıb.

Onlar üç gün əvvəl bıçaqlanaraq öldürülüb.

Onlar haqqında bir qadının təcili xidmətə zəng edərək qonşu evdə kəskin qaz iyinin gəldiyini deməsindən sonra məlumat əldə olunub.

Lakin qapını heç kim açmadığından mütəxəssislər evə daxil ola bilməyiblər.

Hadisə yerinə polis çağırılıb.

Cinayətdə şübhəli bilinən 32 yaşlı iki əcnəbi saxlanılıb. Onların yaşadıqları evdə aparılan axtarış zamanı 65 min rubla yaxın pul tapılıb.

Dindirmə zamanı onlardan biri qətlin dekabrın 4-də axşam saatlarında pula görə törədildiyini etiraf edib.

Məlum olub ki, hər iki şübhəli şəxs ev sahibi ilə tanış olub.

Onlara qarşı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi başlanıb.

XəzərNews.az

Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +