Avropanın öz təhlükəsizliyinə ehtiyacı var - Tusk
ABŞ vətəndaşı Moskvada narkotiklə saxlanılıb
Bakıda daha bir böyük söküntü başlayır
FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı


11.02.2025  16:30 

Tramp Maskın şirkətlərinə qarşı iddiaları geri qaytara bilər?





A+  A-

ABŞ prezidenti Donald Trampın İlon Maskın idarə etdiyi şirkətlərə qarşı işləri geri qaytarmaq imkanı var.

XəzərNews.az xəbər verir ki, bu barədə “Time” qəzeti yazıb.

“Maskın Trampla yaxın əlaqələri o deməkdir ki, bu federal problemlərin çoxu həftələr və ya aylar ərzində aradan qalxa bilər”, – nəşr iddia edir.

Xüsusilə, söhbət ABŞ-nin Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Tesla-nın avtopilotunun imkanlarının həddən artıq şişirdilməsi ilə bağlı araşdırmalarından gedir. Tramp, həmçinin avtomobil istehsalçılarından özünü idarə edən avtomobillərin iştirakı ilə qəzalar barədə məlumat vermələrini tələb edən ABŞ hökumətinin mandatı ilə bağlı məhkəmədə Maskı təqibdən xilas edə bilər.

Nəşr belə qənaətə gəlib ki, Trampın Maska mümkün yardımı sonuncunun mövqeyini xeyli gücləndirəcək.

Qeyd edək ki, fevralın 9-da ABŞ prezidenti Donald Tramp Mask və komandasının Təhsil və Müdafiə Departamentlərində aparılan auditlər zamanı yüz milyardlarla dollar əsassız xərcləmələri aşkarlaya biləcəklərini açıqlamışdı.

Aylin
XəzərNews.az





Xəbər 1106 dəfə oxunub.



15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +