Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


11.02.2025  10:09 

Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür?





A+  A-

Bakıda istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalarla bağlı qərar 8 ildir ki, icra olunmayıb.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, hələ 2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar qəbul edib.

Bu qərara görə, sözügedən ərazidə yerləşən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan beşmərtəbəli binalar sökülməli, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikilməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, ərazidə heç bir söküntü və tikinti işi aparılmır.

Bəs səbəb nədir?

Ərazidə yaşayan sakinlər binalarının söküləcəyi, yeni binalarda yaşayacaqları günü səbirsizliklə gözləyirlər, lakin o günün nə zaman gələcəyini bilmirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlar nə əraziya baxış keçirir, nə də onlara dəqiq məlumat verirlər.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, sözügedən ərazi 20 hektardır və burada sökülməli olan 40-a yaxın bina, 2000-dən çox mənzil var. Ekspert işlərin yubanmasının səbəbini inşaat normativlərinin dəyişdirilməsində görür.

1-ci mikrorayonun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edildiyindən nazirliklə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu işin təşkili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Komitədən isə məlumat verildi ki, ərazinin planlaşdırılma işləri Bakı şəhərinin baş planının tələblərinə uyğun razılaşdırılır.

Təəssüf ki, heç bir qurumdan işlərin nəyə görə yubandığına və nə vaxt başlayacağına dair açıqlama ala bilmədik.

Daha ətraflı videomaterialı təqdim edirik.



Xəbər 2510 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +