Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


03.09.2021  13:27 

“Mü” ştammı Azərbaycana da çata bilər?





A+  A-

Dünyada Britaniya və “Delta” ştammları ilə yanaşı, koronavirusun yeni növü sürətlə yayılmağa başlayıb. “Mü” adlandırılan ştamm ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.
“Mü” ştammına indiyə qədər dünyanın 39 ölkəsində 4500-dən çox yoluxma halı qeydə alınıb.

Bəs, Azərbaycanda da “Mü” ştammına yoluxma təhlükəsi gözlənilirmi?

XəzərNews.az-ın məlumatına görə, həkim Aydın Əliyev Modern.az-a açıqlamasında bildirib ki, getdikcə yoluxma halları artsa da, virusun öldürücülük qabiliyyəti zəifliyəcək:

“Öncə onu deyim ki, virusların bir xüsusiyyəti var. Mutasiyaya uğradıqca, öldürücülük qabiliyyəti azalır. Bu, virusların əsas xüsusiyyətlərindən biridir. Bundan sonra koronavirusun bəlkə də 15-20 mutasiyası ola bilər. Amma getdikcə zəifliyəcək. Bugünkü adi qrip virusu vaxtilə təhlükəli hesab olunurdu. Amma hazırda adi qrip kimi qəbul edirik. Bir sözlə, onu deyim ki, təşvişə düşməyə heç bir əsas yoxdur. Getdikcə yoluxuculuq artacaq, amma ölüm halları azalacaq” – deyə həkim “Mü” ştammı ilə bağlı narahatlığa əsas olmadığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda koronavirusun Britaniya və "Delta" ştammlarına yoluxmalar aşkar edilib. Xüsusən də son vaxtlar yoluxmaların böyük əksəriyyəti "Delta" ştammı ilə əlaqəlidir.

Xəbər 2872 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +