Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


19.01.2021  09:03 

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu





A+  A-

Mərakeşin Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıb.
XəzərNews.az “Maghreb Arabe Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, ştamm Tanjer şəhərindəki limanda İrlandiyadan gələn mərakeşlidə aşkar olunub. İnfeksiyaya yoluxmuş şəxsdə heç bir simptom müşahidə olunmur. O, Kasablankadadır, təcrid olunub. Yoluxmuş şəxsin müalicəsi Mərakeşdəki sanitar protokola uyğun olaraq həyata keçirilir.

Yanvarın 18-nə olan məlumata əsasən, Mərakeşdə pandemiya başladığı vaxtdan indiyədək koronavirusa yoluxanların sayı 460 mini ötüb, 7 977 xəstə dünyasını dəyişib, 435 mindən çox pasiyent sağalıb.

Yanvarın 7-də Mərakeş hökuməti ilk dəfə 2020-ci il martın 20-də tətbiq olunmuş fövqəladə sanitar vəziyyət rejiminin müddətini onuncu dəfə uzadıb. O, fevralın 10-dək qüvvədə olacaq.

Xəbər 1789 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +