“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.06.2022  17:21 

Xanımını 22 bıçaq zərbəsi ilə öldürüb - Foto





A+  A-

Bir neçə gün əvvəl Abşeronda baş vermiş qətlin bəzi təfərrüatları məlumat olub.

İlkin araşdırmalar zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın həyat yoldaşı 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov tərəfindən 22 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar birlikdə istirahətə gediblər. Ümumilikdə isə bir-biri ilə sevib evlənən cütlüyün arasında ciddi problemin olması barədə qohumlarının məlumatı olmayıb.

2 övladı olan ailədə qətl hadisəsinin qəfil yaranmış söz-söhbət nəticəsində qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Belə ki, Q.Şahməmmədov ifadəsində həyat yoldaşını çox sevdiyini, onu öldürməklə bağlı əvvəldən hər hansı fikrinin olmadığını bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qətlə yetirilən qadının fotosunu təqdim edirik./“Qafqazinfo”

Xəbər 2045 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +