Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


28.07.2021  14:22 

“TikTok”da narkotiki təbliğ edən beş oğlan və bir qız saxlanıldı - Video





A+  A-

“TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan daha 6 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub.

“TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 6 nəfər – Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar.

Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.



Xəbər 2202 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +