“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


25.07.2017  09:28 

Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda





A+  A-

Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan məcburi köçkün Bəsti Allahverdiyeva həmin qəsəbədə yerləşən Firuzəddin Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbin direktoru Möhlət Əhmədov tərəfindən başına müsibətlər gətirildiyini iddia edir.
XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya gələrək şikayət edən məktəbin dil-ədəbiyyat müəllimi olmuş B. Allahverdiyeva ona haqsız yerə, yalançı şahidlərin iştirakı ilə cinayət işinin açılmasından narazılığını bildirib:

“16 ildir ki, həmin məktəbdə dil-ədəbiyyat müəllimi işləyirəm. 4 ildir ki, məktəbə direktor təyin olunan Möhlət Əhmədov ora gəldiyi gündən mənimlə prinsip aparır. Əvvəlcə, dərs bölgüsü üçün məndən 14 min manata qədər rüşvət istədi. Atam olmadığına, anam isə uzun illərdir xəstə olduğuna görə bu məbləği verə bilməyəcəyimi dedim. Bundan sonra əməkhaqqımdan hər ay kəsməyə başladı və magistr diplomu tələb etdi. Buraxılış imtahanlarının nəticələrinə görə aldığım fəxri fərmanı məktəbdə dil-ədəbiyyat müəllimi olan Yeganə Nəsibovanın adına keçirtməyimi istədi. Bundan əlavə, digər müəllim Afət Quliyevanın buraxılış imtahanı nəticələrinə mənim qol çəkməyimi tələb etdi. Bütün bunlara əməl etmədiyim üçün jurnalı əlimdən aldı.

Mən də Təhsil Nazirliyinə bununla bağlı şikayət ərizəsi yazdım. 22 oktyabrda ərizəmi Laçın rayon Təhsil Şöbəsinin inspektorları Ədalət Novruzov və Elnur Məmmədov araşdırdı. Həmin bu şəxslər də direktorun qohumlarıdır. Üçü bir yerdə birləşib yazdığım ərizəyə izahat yazmağımı istədilər. Guya ki mən affekt vəziyyətində olmuşam və şikayət etmişəm. Razılaşmadım.

28 oktyabrda yenidən nazir Mikayıl Cabbarova müraciət etdim. Bundan sonra məktəbdə informatika müəllimi işləyən, öz qohumları olan Aynur Şükürovanı guya döyməyim barədə 1 noyabr tarixində polisə ərizə yazdılar. Həmin tarixdə Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov da məktəbə gəlmişdi. Barəmdə 128-ci maddə ilə cinayət işi açdırdılar. İstintaqı gizli apardılar. İyulda Sumqayıt şəhər məhkəməsində iclas keçirildi. İclasda direktor özü, ailə üzvləri, qohum inspektorları hamısı üzümə durdu. 500 manat məbləğində cərimələndim. Apellyasiya şikayəti yazmışam. Bu ilin aprel ayında isə direktor məni 70 C madddəsi ilə işdən azad etdi.
Mən məcburi köçkün, yetim bir qıza qarşı bu qədər haqsızlığa yol vermiş həmin direktorun cəzalandırılmasını və ədalətin bərpa olmasını tələb edirəm”.

Sözügedən məktəbin direktoru Möhlət Əhmədov B. Allahverdiyevanın ittihamları ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, Bəsti Allahverdiyeva kollektivdə uzun illər çalışmasına baxmayaraq heç kimlə ünsiyyət qura bilmir: “O, bir neçə dəfə dərsə gəlmədiyi halda əməkhaqqını bütöv şəkildə tələb edib. Bu da qanuni cəhətdən mümkün deyil. Bundan əlavə, Bəsti Allahverdiyevaya cinayət işi açılmasının mənimlə əlaqəsi yoxdur. Müəllimlə aralarında dava olub. O, etdiyi səhvləri kiminsə üzərinə yıxmaqla öz etdiklərini kölgədə qoymağa çalışır. Mənim o məktəbdə kimlərləsə rəsmi qohumluğum yoxdur. Bura gələnə qədər Ağcabədidə yaşamışam. Bu kollektivdə işləyənlər onun öz kəndliləridir. Bundan əvvəl, Vüsalə Hacıyeva adlı ingilis dili müəllimi ilə də aralarında dava olub. O da mənim qohumumdur? 11-ci sinif şagirdi Rəsulova Laləyə dərs zamanı xəsarət yetirmişdi. Sonradan şagirdin üstünə atdı. Beləliklə, bu insanın əsas problemi kollektivlə ünsiyyət qura bilməməsidir”.

Xəbər 2536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +