Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


10.08.2024  10:00 

“DSD” İctimai Birliyi gəmidə təlim keçirdi -Foto





A+  A-

Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Xəzərin qorunması üçün təşəbbüslər” layihəsini uğurla həyata keçirməkdədir...





İB-dən Xəzərnews.az-a verilən məlumatlara görə, İB-lik avqustun 8-də Gəmilərdən Çirklənmənin Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiya, 1973-cü il, 1978-ci il Protokolu ilə dəyişdirilmiş və ya “MARPOL 73/78 AXDG QSC (ASCO) XDND idarəsinin balansında olan “Suqovuşan” təchizat gəmisində “Xəzərin qorunması üçün təşəbbüslər” layihəsi çərçivəsində Neftlə çirklənməyə dair təlim keçirdi.



Təlim öncəsi gəmi heyyəti ilə layihənin məqsədi və görüləcək işlərlə bağlı gəminin kayut-kompaniyasında toplantı keçirilib. Gəminin kapitanı Zaur Novruzov çıxış edərək, layihə iştirakçılarını salamladı.

XDND -nin hami kapitanı Nazim Şərifov mütəmadi olaraq belə tədbirlərin keçirildiyini, bu dəfə isə növbədənkənar olaraq DSD İB-nin gerçəkləşdirəcəyi layihə əsasında baş tutduğunu dedi.

Layihənin rəhbəri, “DSD”İB-nin sədri Faiq Balabəyli təlimlə bağlı toplantı iştirakçılarına layihənin məqsədi, görülən və görüləcək işlərdən bəhs etdi. Qeyd etdi ki, “Xəzərin qorunması üçün təşəbbüslər” layihənin əsas məqsədi ölkədə və eləcə də dünyada baş verən ekoloji terrorun, dənizin çirklənməsinin, bu çirklənmənin insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan uzaq olmaq üçün maarifləndirici işlər görməkdir.



Dünya sularını, eləcə də doğma Xəzərimizi başına alan ekoloji terrorun fəsadlarından və bunların insan həyatına vurduğu zərərlərdən, yaranan xəstəliklərin xəstəliklərdən ətraflıə danışdı.



Sonra gəminin göyərtəsində şərti olaraq dənizin çirklənməsinin qarşısını almaq üçün təlim keçirildi.

Xatırladaq ki, “Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsi Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyə dəstəyi ilə baş tutur.

Lahiyənin rəhbəri “DSD” İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir.

Tural Balabəyli

“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri


Xəbər 6041 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +