Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


16.05.2024  10:23 

Bakının bu ərazilərində qaz olmayacaq -XƏBƏRDARLIQ





A+  A-

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Xəzərnews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 16-da saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi, saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və “Xaşa-Xuna (Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, qəsəbənin Xanlar küçəsi, Daş karxanasının bir hissəsi, Xəzər rayonunun Xaşa-Xuna qəsəbəsi, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər 6182 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +