Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.05.2023  16:11 

Sürücülərə qanunsuz cərimələr yazılır - Fakt





A+  A-

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsində dayanma-durma qaydasını pozmayan sürücülərə qanunsuz olaraq cərimələr yazılır.

XəzərNews.az xəbər verir ki, sürücü Fuad Məmmədov Avtosfer-ə müraciət edərək bildirib ki, vəziyyət əvvəlki qaydada davam edir - Yol polisi yenidən cərimələr tətbiq edir.

Sürücü bu barədə qeydə aldığı videoda geniş şəkildə izah verib.

Qeyd edək ki, C.Məmmədquluzadə küçəsinin başlağıcında quraşdırılmış 3.27 nişanı yolayrıcında, yəni Allahyar Nəsibov küçəsi ilə kəsişmədə qüvvəsini itirir. “Yol hərəkəti haqqında” qanunda bununla bağlı müddəa da öz əksini tapıb. Belə ki, 64-cü maddəsinin VI hissəsində qeyd olunub ki, 3.27 nişanını qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər qüvvədədir.

Ümid edirik ki, sürücülərin şikayəti nəzərə alınaraq tətbiq edilmiş bu cərimələrə xitam veriləcək.

Xəbər 1005 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +