Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.07.2020  15:11 

“Qarabağ” yeni transferini təqdim etdi





A+  A-

“Qarabağ” Futbol Klubu növbəti futbolçu transferini həyata keçirib.
XəzərNews.az FK-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Uroş Matiçlə 2 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır.

O, Slovakiyanın "Koşitse" (2009 - 2013), Portuqaliyanın "Benfika B" (2013-2014), Hollandiyanın "NAK Breda" (2014 - 2016), Avstriyanın "Şturm" (2016-2017), Danimarkanın "Kopenhagen" (2017-2018), eləcə də icarə əsasında Avstriyanın "Austriya" (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib. Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.

Xəbər 2036 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +